AZ

Ərdoğan buraxılan səhvləri düzəltməyə SÖZ VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın 4-5 ildə partiyası və administrasiyasının buraxılan səhvləri düzəldəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə TASS yazır.

Dövlət başçısı deyib ki, bələdiyyə seçkilərinin nəticələri hakimiyyətin bir sıra səhvlərə yol verdiyini göstərir.

“Bu 4-5 il ərzində biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusən də zəlzələdən zərər çəkmiş rayonların bərpasına və iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik”, - deyə siyasətçi qeyd edib.

Ərdoğan "millətin seçkilərdə verdiyi mesajları" təhlil etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Seçilən
166
2
publika.az

6Mənbələr