AZ

"III dünya müharibəsinin hərbi platformaya daşınmasının şahidi ola bilərik" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Düşünürəm ki, İsrail və Fələstin arasında olan gərginliyin kimin xeyrinə nəticələnməsindən daha önəmli olan məsələ hər iki tərəfdən də hücumların dayandırılmasının labüdlüyüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, ilkin mərhələdə HƏMAS tərəfindən terror hücümuna məruz qalan İsrailin özünümüdafiə hüququ prioritet hesab olunurdusa, bugün İsrailin həyata keçirtdiyi əks hücum əməliyyatlarında da adekvat şəkildə mülki hədəflərin seçilməsi artıq proseslərin gedişatını dəhşətli bir nöqtəyə doğru aparır: "Ona görə də, qlobal və regional aktorların vasitəçiliyi ilə dərhal atəşkəs təmin olunmasa, çox təəssüflər olsun ki, biz artıq Rusiya-Ukrayna müharibəsi kontekstində ideoloji olaraq başlayan III dünya müharibəsinin hərbi platformaya da daşınmasının şahidi ola bilərik".

Ləman Sərraf

Seçilən
817
50
sia.az

10Mənbələr