AZ

Daha bir region xəstəxanasında mürəkkəb cərrahi əməliyyat icra olunub » Medical Media



Bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan bu cür mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir. 

TƏBİB hər bir region xəstəxanasında belə imkanların yaradılması istiqamətində tədbirləri davam etdirir.  

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq aşağı çənənin yerdəyişməsi ilə sol bucaq sahəsinin sınığının əməliyyatı icra olunub.
Üz-çənə və rekonstruktiv mikrocərrah Kamil Abdullayev tərəfindən icra olunan cərrahi əməliyyat uğurla başa çatıb.

Məlumat üçün bildirək ki, tibb müəssisəsinə müraciət edən 25 yaşlı şəxsdə (kişi cinsli) alt dodağın və çənənin uyuşması ilə birlikdə alt çənənin içərisindən keçən sinirin öz kanalında zədələnməsi müşahidə olunub. 

Həkimin sözlərinə görə, pasiyentin ağzı bağlamaq, ağzı açmaq, yemək yemə funksiyaları pozulub və malokluziya, xaricdən aşkar edilə bilən üz deformasiyası olub:

“Pasiyent üzərində əməliyyat uğurla icra etdik. Sınığa giriş ağız boşluğundan, üzdə kəsiklər olmadan həyata keçirildi. Bu yanaşma vasitəsilə sınıq sümük düzgün mövqedə düzəldilib və fraqmentlər titan lövhə, titan mini vintlər ilə sabitlənib”.

Qeyd edək ki, əməliyyatdan sonra pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Seçilən
218
7
medicalmedia.az

9Mənbələr