Bu gün gecə saatlarında Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, Güloğlan İsmayılov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyadanı vurub. Nəticədə 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva ağır xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
