AZ

Azərbaycan millisini yoxlama oyunlarına çıxaracaq məşqçi bəlli oldu

Futbol üzrə Azərbaycan millisini Albaniya və Qazaxıstan yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək. Onun rəhbərlik edəcəyi məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan millisini iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmaları ilə beynəlxalq yoldaşlıq görüşləri gözləyir. Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas SportKomplexum”da olacaq.

Seçilən
202
25
arena.az

10Mənbələr