AZ

Millimizin heyəti açıqlandı

Azərbaycan U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

90deqiqe.Az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası (U-21) iyun ayında iki yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

U-21 milli komandası iyunun 1-də təlim-məşq toplanışına başlayacaq və ayın 5-də Bratislavaya yola düşəcək. Slovakiya ilə oyundan bir gün sonra isə geri dönəcək. "Qarabağ" klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra iyunun 3-də komandaya qoşulacaqlar.

Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Azərbaycan – Bolqarıstan qarşılaşması isə "Liv Bona Dea Arena"da saat 20:00-da start götürəcək.

U-21 Millisinin Heyəti:

- Amin Ramazanov ("Qarabağ")

- Nəriman Axundzadə ("Qarabağ")

- Xəyal Fərzullayev ("Sumqayıt")

- Yusif İmanov ("Sabah")

- Seymur Məmmədov ("Sabah")

- Xəyal Əliyev ("Sabah")

- Süleyman Damadayev ("Şamaxı")

- Qurban Səfərov ("Şamaxı")

- Samir Məhərrəmli ("Şamaxı")

- İbrahim Ramazanov ("Qəbələ")

- Eşqin Əhmədov ("Qəbələ")

- Şahin Şahniyarov ("Qəbələ")

- Cəlal Hüseynov ("Arda", Bolqarıstan)

- Abdulla Rzayev ("Araz-Naxçıvan")

- Ramin Nəsirli ("Araz-Naxçıvan")

- Rüfət Əhmədov ("Kəpəz")

- Mahir Həsənov ("Kəpəz")

- Rüfət Abbasov ("Neftçi")

- Elcan Əbilov ("Neftçi")

- Ağadadaş Salyanski ("Neftçi")

- Murad Vəliyev ("Nomme United", Estoniya)

- Zeynəddin Abdurahmanov ("Səbail")

- Samir Abdullayev ("Səbail")

 

Seçilən
262
14
90deqiqe.az

10Mənbələr