Belçika hakimiyyəti Brüsseldə iki İsveç vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ölkədə yeni təhlükəsizlik tədbirləri tətbiq etmək qərarına gəlib.Gununsesi.info-nun məlumatına görə, bu barədə krallığın Baş naziri Aleksandr de Kru mətbuat konfransında bildirib.“Hökumət öz məsuliyyətini qəbul edir”, – Baş nazir deyib.Xatırladaq ki, oktyabrın 16-da naməlum şəxs Belçika paytaxtının mərkəzində atəş açıb, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə terror aktı kimi qiymətləndirilib.Sonradan məlum olub ki, həlak olanlar AVRO-2024-ün seçmə turniri çərçivəsində yerli komandanın ev sahibliyi etdiyi futbol üzrə İsveç milli komandasının azarkeşləri olub. Bir gün sonra, oktyabrın 17-də polis terrorçunu zərərsizləşdirdiklərini açıqlayıb.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta