AZ

Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar- BTİMM-də seminar


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəziuzun müddətdir,bir sıra beynəlxalq seminar və konfranslar təşkil edir.

"Medicina" xəbər verir ki,mayın 31-də baş tutan növbətitədbirə Azərbaycanın müxtəlif səhiyyə ocaqlarında fəaliyyər göstərən ginekoloqlar dəvət olunub. Görüşün digər bir təşkilatçısı da BTİMM-nin nəzdindəki İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi idi.

Əvvəlcə ATU-nun 1-ci mama-ginekologiya kafedrasının dosenti, tibb elmləri doktoru, mama-ginekoloq Natəvan Axundova İnteqrativ Təbabətin ginekoloji xəstəliklərin müalicəsindəki əhəmiyyətli rolundandanışıb. Eyni zamanda sözü gedən təbabətdə istifadə edilən Almaniya istehsallı preparatların effektli faydası haqqında tədbir iştirakşılarına ətraflı məlumat verib.

“Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar: İnteqrativ Təbabətin yanaşması” mövzusundakı dəyirmi masanın əsas məruzəçisiUkraynanın tanınmış mama-ginekoloqu, İnteqrativ Təbabət üzrə ekspert, refleksoterapevt Yelena Nekrasova idi.

Qadın xəstəlikləri arasında daha çox rastgəlinən ginekoloji problemlərinmüalicəsində akademik tibbdən fərqli yeni birmüalicə metodlarının olmasıdəyirmi masada iştirak edən qonaqların diqqətini çəkib. Məruzədən sonra Y.Nekrasova mövzu ilə bağlı ginekoloqları maraqlandıran suallları cavablandırıb.

Görüş dəyirmi masanın formatına uyğun olaraq mövzunun müzakirəsi ilə başa çatıb.

MEDİCİNA.AZ

Seçilən
114
1
medicina.az

2Mənbələr