AZ

Bu bank kartını işlədənlərə BƏD XƏBƏR: Pulları çıxara bilməyəcəklər

“Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? Müştəri digər bankın bankomatlarından kartındakı vəsaiti çıxara bilərmi?

Publika.az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında prosedur qaydalarını açıqlayıb.

O ilk olaraq xatırladıb ki, hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir.

Ekspertin sözlərinə görə, müştərinin “Muğanbank” kartındakı vəsaiti digər bankların bankomatları vasitəsilə əldə etməsi real görünmür: “Çünki ləğv olunan bankın kart hesabları da dondurulub. “Muğanbank”ın lisenziyası ləğv olunsa da, hələlik müflis olması barədə rəsmi açıqlama yayılmayıb. Ancaq bütün hallarda banka məxsus əməliyyatlardan istifadə olunmasına məhdudiyyət qoyulub”.

Əmanətlərin aqibətinə də toxunan iqtisadçı deyib ki, bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortlanması Fonduna müraciət etməlidir. O bildirib ki, Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır:

Seçilən
312
14
publika.az

10Mənbələr