AZ

2024-cü ilin ilk 3 ayı ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib » Medical Media

 
“TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir”.

Bu sözləri Sumqayıt Tibb Mərkəzinə keçirilən media-tur zamanı jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib. 

O bildirib ki, TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir:

“TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib. Qeydə alınan tibbi xidmətlərin 888 708-i stasionar, 4 963 309-u isə ambulator şəraitdə göstərilib. Göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-mart ayları üzrə 96 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% çox olub”.

Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir:

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə tərəfindən müəssisənin fəaliyyətlərinə və  Kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsi həyata keçirilir”.


Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.

2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. 

Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

Seçilən
140
17
medicalmedia.az

10Mənbələr