
Bakı, 7 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyalarını ödəyib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.