İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, – İsveç Baş naziri paylaşımında vurğulayıb.Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta