Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.Leqal.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında bildirib.Lavrov qeyd edib ki, münasibətlərin tam normallaşdırılması üçün ilk növbədə, sülh müqaviləsinin hazırlanması, delimitasiya və nəqliyyat-iqtisadi əlaqələrin qurulması addımları qalır:“Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmayıb, bunun üçün başqa kanallar var, ancaq platformanın özü Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə kömək edir”.Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta