AZ

Xərçəng peyvəndinin klinik sınaqları 2025-ci ildə başlaya bilər » Medical Media


Xərçəng əleyhinə peyvəndin klinik sınaqları 2025-ci ilin əvvəlində başlaya bilər.

Medicalmedia.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2024) Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qinzburq bildirib.

“Rusiya Prezidentinin təşəbbüsü, dəstəyi sayəsində xərçənglə mübarizədə müalicəyə prinsipial yeni yanaşmanın işlənib hazırlanmasına yönəlmiş layihəyə start verilib ki, bu da onun həyata keçirilməsinə onkologiyanın hazırda həllini tapmayan bir çox problemlərini həll etməyə imkan verəcəkdir. Bununla da milyonlarla insanın həyatı xilas olunacaq”.

O, qeyd edib ki, messencer RNT-dən istifadə etməklə genlərin insan orqanizminə daxil edilməsinə imkan verən texnologiya tam şəkildə qorunur. Təxminən 7-10 ay əvvəl istifadə etmək qərarına gəlinib.

"Biz siçan modellərində bütün bu texnologiyanın çox uğurla işlədiyini göstərə bildik", -deyə ekspert bildirib.

O, peyvənd edilmiş heyvanların hələ də sağ olduğunu, peyvənd olunmayanların isə 18-22 gündə öldüyünü göstərən məlumatları paylaşıb. Bildirib ki, insanlar üzərində klinik sınaqlar 2025-ci ildə başlayacaq və beləliklə, bir il yarım-iki ildən sonra ölkədə xərçəng və metastazın residivləri ilə mübarizə aparılacaq, innovativ dərman olacaq.

Seçilən
128
1
medicalmedia.az

2Mənbələr