Hava hücumlarının davam etdiyi Qəzza elektrik enerjisi və ərzaq çatışmazlığı yaşayır. Olaylar.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bölgəyə humanitar yardım göndərilib.
Qəzza zolağında insan faciəsinə səbəb olan görüntülərdən sonra prezident Ərdoğanın göstərişi ilə bölgəyə yardım daşınmasına başlanılıb. Bu məqsədlə bu gün humanitar yardım materialları ilə təchiz edilmiş Milli Müdafiə Nazirliyinin təyyarəsi ilk 2 uçuşu həyata keçirib. Eyni zamanda humanitar yardımların çatdırılması üçün açılan Rəfah Sərhəd Qapısından onlarla yük maşını Qəzza zolağına keçib. Göndərilən yardımlar içəruaində sağlamlıq məhsulları da var.
Səhiyyə naziri Fahrettin Koca Türkiyədən göndərilən son yardım təyyarəsi ilə bağlı açıqlama verərək deyib ki, göndərilən tibbi cihazlara təcili cavab avadanlığı, əməliyyat masası, əməliyyat lampası və anesteziya cihazı kimi əməliyyat otağı avadanlıqları, reanimasiya çarpayıları, monitorlar, ventilyatorlar və ultrasəs, exokardioqrafiya və rentgen kimi reanimasiya cihazları daxildir. Bundan əlavə, təyyarələrdə körpə və uçaqların baxım və müalicəsi üçün
inkubatorlar və fototerapiya cihazları, həmçinin süd qarışığı, çox sayda uşaq bezi kimi ləvazimatlar da var. Göndərilən həmçinin, yardıma xəstələrin və yaralıların ehtiyaclarını ödəmək üçün dərmanlar, müharibə nəticəsində zədələnmiş, travma almış xəstələr üçün ortopedik materiallar da daxildir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta