AZ

Lənkəranda maşın dərəyə aşdı - Ölən və xəsarət alan var

Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Day.Az-a verilən məlumata görə, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
307
10
day.az

10Mənbələr