Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.Gununsesi.info axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.Paşinyan söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində ABŞ-ın səylərinin vacibliyini vurğulayıb.Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında regional nəqliyyat infrastrukturlarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.Həmçinin, Ermənistan-ABŞ əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, C.Hak regionda səfərdədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta