AZ

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində növbəti şəbəkələşmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri və mətbuat katibi Səidə Şəfiyeva "Kommunikasiya vəPR: effektiv kommunikasiyanın qurulması və müasir trendlər" mövzusunda çıxış edib.

Səidə Şəfiyeva iştirakçılara PR menecerin rolu, MPR-ın məqsədləri, jurnalistika və PR, onların ortaq və fərqli cəhətləri, kommunikasiya strategiyaları, PR siyasətində müasir trendlər, “RACE” modelindən danışıb, dünyadakı uğurlu PR nümunələrinə nəzər salıb.

O, təlim iştirakçılarına media sahəsində effektiv kommunikasiyanın qurulması, kommunikasiya növləri haqqında ətraflı məlumat verib, səmərəli kommunikasiya qurma qabiliyyətinin inkişaf etdirilməsində ünsiyyət texnikalarını və metodlarını diqqətə çatdırıb.

Visiontv.az



Seçilən
521
6
visiontv.az

7Mənbələr