Səudiyyə Ərəbistanı İsrailin Qəzzada quru əməliyyatının nəticələri barədə ABŞ-a xəbərdarlıq edib.
AzerForum.Com xəbər verir ki, bu barədə “New York Times” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanla görüşən senatorlara istinadən xəbər yayıb.
Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ-a İsrailin Qəzza zolağında quru əməliyyatının Yaxın Şərq üçün fəlakətli nəticələr verə biləcəyini bildirib.
"Səudiyyə rəhbərliyi ümid edirdi ki, həm sabitlik, həm də insan itkisi səbəbindən quru əməliyyatından qaçmaq olardı", - deyə senatorlardan biri vurğulayıb.
Nilay, BakuPost