AZ

Şərqi Zəngəzur cənnətə çevriləcək - Kamaləddin Qafarov

Bakı. Trend:

“Qubadlı rayonu ərazisində işğala qədər 94 yaşayış məntəqəsi,7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161mədəniyyət obyekti, 7 məscid, 16 körpü mövcud olmuşdur. Rayon 31avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindənişğal olunduqdan sonra bütün bu məntəqə və obyektlər ermənivandalları tərəfindən talan edilmiş və yararsız vəziyyətəsalınmışdır.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, mindən artıq kənd təsərrüfatı obyekti, yüzkilometrlərlə avtomobil yolu, 2 su anbarı, rayonun bütün elektrik,qaz və rabitə infrastrukturları tamamilə dağıdılmışdır. “ İşğaldövründə rayonun faydalı qazıntı yataqları qanunsuz istismara məruzqoyulmuş, təbii sərvətlərimiz ermənilər tərəfindən talanedilmişdir. İşğal nəticəsində rayondan otuz min nəfər məcburiköçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində müvəqqətiyerləşdirilmişdir. Digər tərəfdən, Ermənistan hökuməti beynəlxalqkonvensiyaları kobud şəkildə pozaraq işğal dövründə Qubadlıərazisində qeyri-qanuni məskunlaşma aparmış, xaricdən gətirilənerməniləri rayonun Xanlıq kəndində qanunsuz olaraqyerləşdirmişdi.”

K.Qafarov 2020-ci ilin 25 oktyabr tarixinin 44 günlükmüharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunuvurğulayıb: “Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgünqiymətləndirmişdilər. Buna görə də düşmən rayonun müdafiə xəttiboyunca güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdəöz hərbi birləşmələrini yerləşdirmişdi. Ordumuzun Qubadlıəməliyyatında ilk növbədə şəhərə hakim olan yüksəkliklər, dahasonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataqkəndləri azad edildi . Oktyabrın 25-də isə Azərbaycan SilahlıQüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldanazad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakedərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş AzərbaycanRespublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı iləAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrəşəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib.”

Daha sonra K.Qafarov digər azad edilmiş rayon və bölgələrimizkimi, Qubadlıda da irimiqyaslı bərpa-yenidənqurma işlərininaparıldığını vurğulayaraq deyib: “Bu gün Qubadlı rayonunda möhtəşəmyenidənqurma işləri böyük vüsətlə davam etdirilir. Qubadlırayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidənqurulur. Ölkə Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmişQubadlıya bir neçə dəfə səfər edib. Bu səfərlərdən birincisi tarixiQələbəmiz əldə olunan il, dekabr ayının 23-də baş tutub. Həmin güncənab Ali Baş Komandan Qubadlıda Azərbaycan bayrağını ucaldıb.Növbəti səfərlər zamanı dövlət başçısı Xanlıq-Qubadlı yolununtəməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılışmərasimində, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksininaçılışında, Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının vəRəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində və bir çoxdigər mühüm tədbirlərdə şəxsən iştirak edib, Qubadlı rayonictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Cari ilin mayayının 4-də isə cənab Prezident Qubadlıya etdiyi növbəti səfəriçərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibatibinanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq MərkəziXəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoymamərasimlərində iştirak edib. Möhtərəm dövlət başçımızın işğaldanazad edilmiş rayonlara səfərləri zamanı qarşıya qoyulmuş vəzifə vətapşırıqların icrası yerində yoxlanılır, yeni açılışlar vətəməlqoyma mərasimləri reallaşdırılır. Xalqımız əmindir ki, ŞərqiZəngəzurun cənnətə çevriləcəyi gün uzaqda deyildir.”

Seçilən
240
13
az.trend.az

10Mənbələr