AZ

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının sevincinə səbəb oldu..

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının sevincinə səbəb oldu.. TehsilForumu.Az təqdim edir .         Ölkənin böhran keçirdiyi bir vaxtda - vətəndaş müharibəsi ərəfəsində, müstəqilliyimizə təhlükə yarandığı dövrdə 1993-cü il iyun ayınin 9-da xalqımızın təkidli tələbi ilə o zamankı mövcud hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Onu da qeyd edim ki, AXC-Müsavat hakimiyyəti ölkəni necə gəldi idarə etsələr də, Heydər Əliyevin varlığı onlarda ümid yaradırdı. Hesablayırdılar ki, ölkə çıxılmaz vəziyyətə düşdükdə Heydər Əliyev ölkəni də, onları da xilas edəcək. Elə də oldu. Böyük şəxsiyyət Gəncəyə gedib vəziyyətin nə qədər mürəkkəb olduğunu bildikdən sonra ölkəni ağır vəziyyətdən çıxarmağa kömək edəcəyinə razılıq verdi.            1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Tribunaya qalxan Heydər Əliyev  tarixi çıxış etdi. Nitqində bəzi məqamlara aydınlıq gətirdi. Ölkənin ağır və gərgin  vəziyyətə olduğunu bildirdi, dövlətin gələcəyi və rifahı naminə bütün gücünü səfərbər edəcəyini söylədi. Qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf  etdirmək onun əsas vəzifələrdən biridir. Yekunda dedi: “Heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”     Maraqlısı budur ki, Ulu Öndəri dəvət edən keçmiş rəhbərlik hərəsi bir tərəfə qaçıb getdilər, Heydər Əliyevi meydanda tək qoydular. Prezident Əbülfəz Elçibəy gedib oturmuşdu Kələki kəndində. Heydər Əliyevin ən gözəl xüsusiyyətlərindən biri o idi ki, bütün cərəyan edən hadisələr açıq-aşgar KİV vasitəsilə xalqın diqqətinə çatdırılırdı.     Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Həmin iclasda mərhum Murtuz Ələsgərovla mən də iştirak edirdik.    Lakin ölkədə vəziyyət gərgin və ağır olaraq qalırdı. Cənubda Əlikram Hübətovun rəhbərliyi ilə “Talış Muğan Respublikası” xülyasında olanlar, şimalda isə “sadvalçılar” baş qaldırmışdılar. Hətta avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Heydər Əliyev yüksək peşəkarlıqla bütün separatçı hərəkatlara son qoydu.     Bununla da ölkədə sabitlik, əmin-amanlıq yarandı, hadisələr düzgün məcraya yönəldildi, beynəlxalq münasibətlər qarşılıqlı əməkdaşlıq şəraitində qurulmağa başladı, iqtisadi inkişaf, bazar iqtisadiyyatı, sənaye istehsalı diqqət mərkəzində saxlanıldı, ordu formalaşmağa başladı, xalqın güzaranı yaxşılaşdı.     Beləliklə, Azərbaycan xalqı oktyabrın 3-də Heydər Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.Yap Quba Rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova

Seçilən
166
tehsilforumu.az

1Mənbələr