AZ

İlin son ay tutulması başladı

2023-cü ilin son Ay tutulması başlayıb. Şamaxı Astrofizika Rəsədxanasından Gununsesi.info-ya verilən xəbərə görə, bu tutulma qismən Ay tutulmasıdır. Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq. Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.  Gununsesi.info

Seçilən
69
36
gununsesi.info

10Mənbələr