AZ

Qazaxıstanda şaxtada qəza nəticəsində ölənlərin sayı 38-ə yüksəldi

Qazaxıstan Qarağandı vilayətində Kostenko daş kömür şaxtasında baş vermiş qəza sonucunda ölən mədənçilərin sayı 38-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, 8 mədənçinin axtarışları davam edir.

“Axtarış işlərinin aparılması dağılmış şaxta texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir”, – nazirlik açıqlayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.


Müəllif: Teleqraf.com
Seçilən
251
18
teleqraf.com

10Mənbələr