AZ

Hindistanın cənubunda partlayış

Hindistanın Kerala ştatında “Yehovanın şahidləri”nin qurultayında baş vermiş partlayış nəticəsində azı 1 nəfər ölüb, 36 nəfər yaralanıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ştat polisinin rəisi Şaiq Dərviş Sahib bildirib.

Qeyd olunub ki, insident Koçi şəhərinin yaxınlığındakı Kalamasseridə olub. Partlayış təşkilatın üçgünlük regional qurultayının keçirildiyi konfrans zalında baş verib.

İlkin versiyaya görə, əldəqayırma partlayıcı maddə işə düşüb.

Seçilən
629
10
publika.az

10Mənbələr