AZ

Pedaqoji təhsili olmayan bağça müəllimləri növbəti ildən başlayacaq sertifikatlaşdırılmaya buraxılmayacaq

Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına 16 iyul 2024-cü ildə start veriləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov dünən jurnalistlər üçün keçirilən brifinqdə deyib. O bildirib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.  "Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".  Orxan Abbasov həmçinin qeyd edib ki, bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur. O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir: "Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq".  Agentliyin direktor müavininin sözlərinə görə, bu ilin sonuna qədər bağçalarda işləyən tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır: "Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb.Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı ilə çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək". TehsilForumu.Az xəbər verir ki , Təhsil eksperti Elşən Qafarov “Sherg.az"a açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində işləyən tərbiyəçilərin diaqnostiksı mövcud problemlərin həllinə yönəlib:

Seçilən
102
tehsilforumu.az

1Mənbələr