"Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli biliniblər.
Hökmə əsasən, Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu günə kimi azadlıqda olan Rövşən İsmayılov və Babək İsgəndərov məhkəmə zalında həbs ediliblər.
www.anews.az