AZ

Azyaşlını döyən tərbiyəçi danışdı — «Əsəblərimi cilovlaya bilmədim» — VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.



İctimaimedia.az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:



“Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar”.



Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:



“Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi”.

Seçilən
210
13
ictimaimedia.az

10Mənbələr