AZ

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli oldu

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.


Müəllif: Teleqraf.com
Seçilən
22
13
teleqraf.com

10Mənbələr