İslam coğrafiyasında qadınların təhsilalma hüququ ümumi dünya göstəricisindən tam aşağıdır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində keçirilən panel iclasda bildirib.
Onun sözlərinə görə, İslam dünyasında müsəlman kişilər 6,9 il təhsil aldıqları halda, müsəlman qadınlarda bu rəqəm 4,9 il təşkil edir. Müsəlman kişilərinin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir.
Mənbə: AZƏRTAC