Danimarka millisinin baş məşqçisi Kasper Yulmann istefa verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Danimarka millisi Kasper Yulmannın rəhbərliyi ilə son Avropa çempionatında ev sahibi Almaniya seçməsinə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, 52 yaşlı məşqçi 2020-ci ildən Danirmarka yığmasına başçılıq edirdi.
Mənbə: AZƏRTAC