AZ

Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti təmin edilib. Orxan Hacılı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

***

11.07

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

APA-nın əldə etdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin müstəntiqi tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimatda Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi istənilib.

Yaxın dəqiqələrdə Yasamal rayon Məhkəməsində təqdimata baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Arif
Seçilən
405
5
apa.az

10Mənbələr