Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Zirə”, “Sumqayıt” və “Sabah”ın II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunları idarə edəcək hakimlər açıqlanıb.
İyulun 25-də “Zirə”nin Slovakiyanın “Dunayska Streda” klubu ilə ev oyunu lüksemburqlu, “Sumqayıt”ın Macarıstanın “Fehervar” komandası ilə ev matçı albaniyalı, “Sabah”ın İsrailin “Makkabi” (Hayfa) kollektivi ilə səfər qarşılaşması isə belçikalı hakimlərə həvalə edilib:
25 iyul
“Zirə” – “Dunayska Streda”
Dalğa Arena. Saat 19:30
Baş hakim: İvo Torres
Baş hakimin köməkçiləri: Rafael Morim, Dani Dias Balsa
Dördüncü hakim: Jasmin Sabotiç
(Hakimlər briqadası Lüksemburqdandır)
“Sumqayıt” - “Fehervar”
Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20:00
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Culio Mani, Rejdi Zaimi
Dördüncü hakim: Kresnik Cyapi
(Hakimlər briqadası Albaniyadandır)
“Makkabi” (Hayfa) - “Sabah”
Kişvarda stadionu. Saat 21:15
Baş hakim: Natan Verbumen
Baş hakimin köməkçiləri: Matias Hillaert, Ruben Vins
Dördüncü hakim: Uesli De Kremer
(Hakimlər briqadası Belçikadandır)