AZ

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək

Laçında

Laçın, 20 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İyulun 27-də Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunacaq. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxaq Muğam Mərkəzinin solistləri iştirak edəcəklər.

Tədbirdə müğənni haqqında xatirələr söyləniləcək, ifa etdiyi mahnılar səsləndiriləcək, Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunacaq. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılacaq.

“Məhəbbətlə...” adlı gecə ənənəvi xatirə gecələrindən fərqlənəcək. Belə ki, burada süni intellekdən istifadə olunacaq və müasir aranjımanlar təqdim ediləcək.

 

Seçilən
59
8
azertag.az

9Mənbələr