AZ

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Padova - Milan avtomagistralında baş verən zəncirvari qəza nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Bir yükü maşını və 7 minik avtomobilinin iştirakı ilə baş verən qəzada yol hər iki istiqamətdə bağlanıb, uzun tıxac yaranıb.

Yol polisi hadisənin başvermə səbəblərini araşdırır.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Seçilən
42
33
ilk.az

10Mənbələr