ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə mərasimindən əvvəl də Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə o, Miçiqanda keçirilən mitinqdə çıxış edərkən deyib.
“Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni mən həll edəcəyəm. Mən bəyanat verə bilən yeganə şəxsəm: Üçüncü dünya müharibəsinin qarşısını alacağam”, - deyə bildirib.
Bundan əvvəl fransalı siyasətçi Florian Filippa Ukrayna xalqının Trampın sülh təşəbbüsünü dəstəkləyəcəyini bildirib
Mənbə: AZƏRTAC