AZ

Azərbaycanda müflisləşmə haqqında qanun hazırlanacaq

Bakı. Trend:

Azərbaycanda müflisləşmə haqqında qanun hazırlanacaq.

Trend xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimivə “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri RaminQaraqurbanlı deyib.

Onun sözlərinə görə, müflisləşmə sahəsində iştirak edəcəkhakimlərin sayı müəyyən edilib.

“Bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasının iqtisadisektorunda da ölkə başçısı tərəfindən mütərəqqi genişmiqyaslıislahatlar uğurla həyata keçirilir. Ötən müddət ərzində Dünya Bankıtərəfindən yeni mexanizmlərin yəni beynəlxalq qiymətləndirməalətlərinin tətbiq olunmağa başlandı. 2022-ci ildən başlayaraq“Business Ready” (Biznesə hazır) adlı hesabat istifadəyə verildi vəhəmin hesabatın əsas komponentlərindən biri biznesin müflisləşməsisahəsini əhatə edir.

Bu gün biznesin müflisləşməsi işçi qrupunun növbəti iclasıkeçirilir. Azərbaycanda iqtisadi sahənin daha da inkişafetdirilməsi, biznes üçün əlverişli mühitin yaradılması məqsədiləBiznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya yaradılıb vəhəmin komissiyanın nəzdində biznesin müflisləşməsi işçi qrupufəaliyyət göstərir. Ölkədə biznes mühitinin daha da əlverişliedilməsi üçün işçi qrupu tərəfindən bir çox işlər görülüb və buiclasda həm işlərin müzakirəsi aparılır.

Həmçinin beynəlxalq təcrübə nəzərə alınması üçün Dünya Bankıtərəfindən Almaniyadan cəlb edilən beynəlxalq ekspert həmin qrupatəqdim edilib. Qrupun iclasında, həmçinin 2022-2023-cü illəri əhatəedən yol xəritəsinin icrası ilə bağlı müzakirələr aparılır,müflisləşmə sahəsində ixtisaslaşan bir qrup hakimlərin sayı müəyyənedilir, gələcəkdə onların davamlı tədrisə cəlb edilməsiistiqamətində müzakirələr aparılır.

Tam əminliklə demək istəyirəm ki, beynəlxalq ekspertin bundansonra fəal iştirakı nəticəsində müflisləşmə haqqında yeniqanunvericilik paketi hazırlanaraq tezliklə parlamentə təqdimediləcək”,- deyə R.Qaraqurbanlı qeyd edib.

Seçilən
696
12
az.trend.az

10Mənbələr