AZ

Qadını vurub öldürən "BakuBus" sürücüsü hökmdən narazıdır

Paytaxtın Xətai rayonu NZS qəsəbəsi ərazisində 76 yaşlı qadını vuraraq öldürməkdə təqsirləndirilən "BakuBus" sürücüsü Famil İsgəndərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası iyulun 23-nə təyin edilib.



Qeyd: 32 saylı marşrut xətti üzrə çalışan sürücü Famil İsgəndərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib. Xətai Rayon Məhkəməsi ona 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il yarım azadlıqdan məhrumetmə cəzası verib. Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi bildirilib.



Xatırlatma: Hadisə 2024-cü il yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib. Famil İsgəndərov idarə etdiyi "BakuBus" MMC-yə məxsus BMC markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, yanvarın 29-da vəfat edib.


Kamal Məmmədov 

Tarix: 22 İyul 2024, 11:14   
Seçilən
44
1
pravda.az

10Mənbələr