AZ

Rusiya Qəzzaya yenə yardım göndərib 

Rusiya Qəzza zolağının əhalisi üçün daha bir humanitar yardım partiyası göndərib və bu yardım Misirə çatıb.

Cebhe.info bu barədə "TASS"-a istinadən xəbər verir. Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus iki xüsusi təyyarə Qahirəyə eniş edib. Təyyarələr dərman preparatları, hemostatik maddələr və sarğılardan ibarət 28 ton yük daşıyıb. 

Yük boşaldıqdan sonra Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək və Qəzza zolağına daşınacaq. Xatırladaq ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağına 27 ton ərzaq yardımı çatdırmışdı.

Seçilən
725
11
cebheinfo.az

10Mənbələr