Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalistlərin sorğusuna cavab olaraq bildirib. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Mənbə: AZƏRTAC