AZ

KXDR-dən göndərilən tullantı dolu şar Cənubi Koreya prezidentinin ofisinin ərazisinə düşüb

KXDR-dən

Bakı, 24 iyul, AZƏRTAC

KXDR-dən göndərilən tullantı dolu şarlardan biri Seulda prezident administrasiyasının yerləşdiyi kompleksin ərazisinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb .

“Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsi ilə birgə Şimali Koreyadan atılan tullantı yüklü şarlarla bağlı vəziyyətin monitorinqi zamanı Yonqsan bölgəsindəki hökumət kompleksinin ərazisində qalıqlar aşkar edilib”, - deyə Cənubi Koreya prezidentin müdafiə xidməti bildirib.

Mütəxəssislər tullantılar arasında təhlükəli maddə aşkar etməyiblər.

Seçilən
52
4
azertag.az

5Mənbələr