AZ

Bu baş vermirsə, deməli, onun ürəyi daşdandır - Putin

Dağıstanda baş verən hadisələr Rusiyanı daxildən silkələmək istəyirdilər.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu onu deməyə əsas verir ki, onlar çox güman ki, bəzi üçüncü xalqların və üçüncü ölkələrin maraqlarını deyil, öz maraqlarını güdürlər. Bu halda maraq Rusiya ilə döyüşmək və Rusiyanı daxildən silkələməkdir. Çoxmillətli ölkəmizdə bu qətiyyən yolverilməzdir.

Dağıstanda baş verənlərə ruhanilərin reaksiyası becid və inandırıcı oldu, buna görə minnətdaram”, - deyə Rusiya Federasiyası İctimai Palatasının yeni tərkibi ilə görüşü zamanı Putin vurğulayıb.

O əlavə edib: “Mahaçqaladakı bu hadisələrə gəlincə, qığılcım yaratmaq asandır, çox asandır. Təbii ki, orada baş verən dəhşətlər fonunda bunu etmək asandır, çünki artıq Təhlükəsizlik Şurasında həmkarlarımla görüşdə dediyim kimi, iztirablara, qana bulaşmış uşaqlara baxanda yumruqlar möhkəm sıxılır və gözlərin yaşla dolur. Bu, mənə elə gəlir ki, istənilən normal insanın reaksiyasıdır. Əgər belə reaksiya yoxdursa, deməli, insanın ürəyi yoxdur, o daşdandır”.

“Bu, Rusiya qanunlarına uyğun olaraq diqqət etməli və lazımi cavab verməli olduğumuz bir hadisədir. Biz bunu təbii ki, edəcəyik”, - deyə o bildirib.

“Biz, əlbəttə ki, baş verən bütün hadisələri aydın başımızla dərk etməliyik, pisliyin kökünün harada olduğunu, haradan qaynaqlandığını dərk etməliyik... Sadəcə, nə baş verdiyini anlamaq lazımdır. Və biz bilirik ki, informasiyalar sosial şəbəkələr vasitəsilə xaricdə, o cümlədən Ukraynada yaşayan insanlar tərəfindən hazırlanır”, - Putin Rusiya İctimai Palatasının üzvləri ilə görüşündə deyib.


Telegram kanalımız
Seçilən
235
1
yenisabah.az

10Mənbələr