Bakı. Trend:
Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlüRasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisindəyerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanıbıçaqla çoxsaylı xəsarətlər yetirərək Rasim Hacıyevi qəsdənöldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb,prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismindətutulub.
Hazırda ibtidai istintaq davam edir.