AZ

Bayden Qəzzada humanitar fasilənin təmin edilməsində irəliləyiş olduğunu açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Qəzza zolağında humanitar fasilənin təmin edilməsində irəliləyiş olduğunu açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden ona Fələstində humanitar fasilənin təmin edilməsində irəliləyiş olub-olmadığı ilə bağlı suala "bəli" deyə cavab verib.

Bundan əvvəl dövlət katibi Antoni Blinken Əmmanda keçirdiyi mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar Qəzza zolağında hərbi əməliyyatlar zamanı humanitar fasilələrin təkcə Fələstin mülki əhalisinə deyil, həm də İsrailə fayda verə biləcəyinə əmindir. Onun sözlərinə görə, bu cür fasilələr mülki əhalinin müdafiəsi, yardımların çatdırılması, əcnəbilərin ölkədən çıxarılması, eyni zamanda İsrailin HƏMAS-ı məğlub etmək məqsədinə çatması üçün mexanizm ola bilər.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

Seçilən
859
50
moderator.az

10Mənbələr