AZ

Gülşad Məmmədova: Bəzi bölgələrdə leysan xarakterli yağış davam edir

Gülşad Məmmədova: Bəzi bölgələrdə leysan xarakterli yağış davam edir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirir ki, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.

Mənbə: AZƏRTAC

Seçilən
30
49
ilk.az

10Mənbələr