Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti noyabrın 18-də qeyd olunacaq Raket Sənayesi Gününü təsis edib.Belə ki, 2022-ci ilin məhz bu günü “Hvasonq-17” qitələrarası ballistik raketi buraxılıb.Bildirilir ki, Ali Xalq Məclisinin Rəyasət Heyəti “KXDR Raket Sənayesi Gününün təsis edilməsi haqqında” fərmanı nəzərdən keçirib və yekdilliklə qəbul edib.Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, “Hvasonq-17” normal trayektoriya ilə buraxıldıqda 15 min km-dən çox uça və kontinental ABŞ-a çata bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta