Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir: “Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”. Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta