“Səbail”in futbolçusu Ağabala Ramazanovun son durumuna aydınlıq gəlib.Paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov Gununsesi.info-ya açıqlamasında Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən kapitanın vəziyyətinin sabit olduğunu bildirib.Klub rəsmisi 30 yaşlı hücumçunun hələ də xəstəxanada olduğunu söyləyib: “Ağabalanın durumunda dəyişən bir şey yoxdur. Hazırda həkim nəzarətindədir. Həkimlər hələ bir neçə gün onu ciddi şəkildə nəzarətdə saxlayacaqlar”.Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta