AZ

Qusarda narkotik əməliyyatı: 5 nəfər saxlanılıb 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 5 nəfəri saxlayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlar rayon sakinləri Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon sakini Ramil Abdurəhmanovdur. 

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. 
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Bizim.Media
 

Seçilən
643
12
bizim.media

10Mənbələr