AZ

Blinken: ABŞ-ın HƏMAS liderinin ölümü ilə əlaqəsi yoxdur

Blinken: ABŞ-ın HƏMAS liderinin ölümü ilə əlaqəsi yoxdur

“ABŞ-ın HƏMAS liderinin ölümü ilə əlaqəsi yoxdur”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Sinqapurda səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken “Channel News Asia”ya müsahibəsində deyib.

“Bizim bu barədə məlumatımız olmayıb və ABŞ-ın bu məsələ ilə əlaqəsi yoxdur”, - deyə A.Blinken qeyd edib. O həmçinin əlavə edib ki, Yaxın Şərqdə atəşkəsə nail olmaq vacibdir: “Biz bunun üzərində işləməyə davam edəcəyik. Qəzzada fələstinlilərin iztirablarına son qoymağa kömək etmək həyati əhəmiyyət kəsb edir. Bir sıra amerikalılar da daxil olmaqla, girovları azad etmək çox vacibdir”.

Vaşinqton

Mənbə: AZƏRTAC

Seçilən
43
4
ilk.az

5Mənbələr