Bakı. Trend:
Şəki şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki şəhərində ümumisahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı evin yanarkonstruksiyaları yanıb. Yanğının yerinin kəşfiyyatı zamanı 1nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.